Nizami Süleymanovun əsəb sistemi pozulub

Nizami Süleymanovun əsəb sistemi pozulub


Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) müxbir üzvü Nizami Süleymanovun uzun müddətdir ki, səhhətində problem yaranıb.

Bu barədə Modern.az-a Nizami Süleymanovun xanımı Lətifə Süleymanova məlumat verib.

“3-4 ay olar ki, Nizami müəllimin səhhətində problem var. Əsəb sistemi pozulub. Tez-tez xarici ölkələrə müayinə olunmaq üçün yollanır. Ya Türkiyədə, ya da Avstriyada müayinə, müalicə olunur. Hazırda da xaricdə müalicəsini davam etdirir. Səhhətindəki problemlə bağlı AMEA-dakı işlərini də hələlik təxirə salmalı olub. Ümid edirik ki, tam sağalıb yenidən ailəsinin və işinin başına dönəcək”.

Xatırladaq ki, Nizami Süleymanov 200-dən çox elmi əsərin müəllifidir. Həmçinin, 1992-ci ildə Azərbaycanda keçirilən ilk demokratik seçkilərə qatılaraq, prezidentliyə namizədliyini irəli sürüb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
799 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...