Zabil Müqabiloğlunun əməliyyatı başa çatdı: “Müvəqqəti etdilər”

Zabil Müqabiloğlunun əməliyyatı başa çatdı:

Bir neçə gün əvvəl ağır durumda xəstəxanaya yerləşdirilən tanınmış jurnalist Zabil Müqabiloğlu bu gün əməliyyat olunub.

Jurnalistin bacısı Sevinc Əliyeva BakiPost.az-a bildirib ki, qardaşının vəziyyəti normaldır: "Hazırda Zabil reanimasiya şöbəsindədir. Əməliyyat zamanı yalnız qaraciyərin partlamış damarı bərpa olunub. Bu da müvəqqətidir. Həkimlər zəmanət vermir. Çünki növbəti dəfə qaraciyərin digər damarları da partalaya və qanaxma ola bilər. Bu səbəbdən də ona təcili qara ciyər köçürülməlidir”.

Qeyd edək ki, Z.Müqabiloğlu noyabrın 7-də səhər saatlarında kəskin daxili qanaxma ilə 1 saylı Kliniki Xəstəxanaya çatdırılıb. Onun qara ciyərinin fəaliyyətində problem yarandığı üçün qida borusunda damarın partladığı məlum olub. İlkin diaqnoz müəyyən edilərkən onun qara ciyərinin sıradan çıxdığı və dəyişdirilməli olduğu bildirilib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
778 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...