Soyuq havada avtomobilin motorunu qızdıraq, yoxsa yox? - MÜTLƏQ OXUYUN

Soyuq havada avtomobilin motorunu qızdıraq, yoxsa yox? -


Soyuqlar düşən kimi sürücülər arasında maşının motorunun qızdırılıb-qızdırılmaması mübahisəsi başlayır. Səhərlər hər kəs işə tələsir, amma onların maşını qızdırmaq üçün vaxtları yoxdur. FaktXəbər olaraq bu məqalədə yaranmış suallara cavab verəcəyik və motorun sizə uzun illər xidmət etməsi üçün nə etməli olduğunuzu izah edəcəyik.

Avtomobil sənayesində hər il istehsal edilən maşınların iş rejimini avtomatlaşdırmaq üçün yeni texnologiyalar hazırlanır. Amma təəssüf ki, bu texnologiyaları köhnə avtomobillərə tətbiq etmək mümkün deyil.

Karbüratorla işləyən köhnə avtomobillərin motorunun normal iş temperaturuna - 60 dərəcə Selsiyə çatması üçün uzun müddət qızdırılması lazımdır. İnjektorla işləyən avtomobillərdə isə idarəetmə bloku var və o özü istiliyi proqramlaşdırır. Bu isə onu göstərir ki, soyuq havalarda işə salınan motor tez qızması üçün özü yüksək dövrü tənzimləyir.

Onda sual yaranır, əgər müasir avtomobillərin qızdırılmasına ehtiyac yoxdursa, onda nəyə görə bizim sürücülər havalar soyuyan kimi hər səhər maşınlarını isidirlər? Bu sualın bir neçə cavabı var:

- bu, köhnə avtomobillərdən qalma adətdir;
- isti salonda getmək istəyir;
- daha sürətli hərəkət etmək üçün.

Avtomobil ustaları da bildirirlər ki, injektorla işləyən müasir avtomobilləri soyuq havada işə saldıqdan yarım və ya 1 dəqiqə sonra hərəkət etdirmək olar. Amma bu zaman motorun dövrünü dəqiqədə 2000-dən artıq aldırmaq olmaz. Gözləmək lazımdır ki, motor lazımi temperatura – 60 dərəcə Selsiyə çatsın. Yoxsa sürücü lazımi sürəti əldə edə bilməz.

Müasir avtomobillərin də havanın temperaturundan asılı olaraq müəyyən qızdırılma vaxt var:

- havanın 0 dərəcə temperaturunda 1-2 dəqiqə qızdırılma kifayətdir ki, hərəkət üçün motora istənilən gücü verəsən;
- 0 və -10 dərəcə temperaturda motor 2-3 dərəcə qızdırılmalıdır. Bu zaman müddətində yağ və digər texniki mayelər kifayət qədər qızırlar;
- Mənfi 10 və - 20 dərəcə temperaturda isə 3-5 dəqiqə qızdırılma kifayətdir ki, avtomobilin motorundan gələn istilik pəncərələri isitsin;
- Mənfi 20 dərəcə və ondan daha aşağı temperaturlarda isə vəziyyətdən asılı olaraq avtomobili ən azı 5 dəqiqə qızdırmaq lazımdır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
943 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...