Biz fərqliyik, amma hamımız Azərbaycandayıq” çarxı təqdim olundu

Biz fərqliyik, amma hamımız Azərbaycandayıq” çarxı təqdim olundu

“Azərbaycan xalqının əvəzsiz sərvəti - multikulturalizm ənənələri” layihəsi çərçivəsində sosial çarx hazırlanıb.

Azərbaycan Respublikası Prezidenti Yanında Gənclər Fondunun dəstəyi ilə “Azərbaycan xalqının əvəzsiz sərvəti - multikulturalizm ənənələri” adlı layihəyə yekun vurulub. Layihə çərçivəsində hazırlanan sosial çarxın təqdimatı Beynəlxalq Mətbuat Mərkəzində keçirilib. Layihənin müəllifi Cahangir Nəsirov bildirib ki, hazırlanan sosial çarxın çəkilişləri Xəzər Universitetində aparılıb. Çəkilişlərdə 11 müxtəlif ölkədən olan tələbələr iştirak ediblər.

Layihənin məqsədi ilə bağlı məlumat verən layihə rəhbəri qeyd edib ki, milli məfkurəni, tarixə söykənən milli dəyərlərimizi qorumaq hər bir gəncin borcudur. Ölkəmizi dünyada digər xalqlardan seçdirən ən önəmli dəyərlərindən biri də multikulturalizm ənənələrimizdir. Məqsədimiz Gənclərimizi milli dəyərlərimizi qorumağa çağırmaq, ölkə rəhbərinin elan etdiyi “Multikulturalizm ili”nə gənclərin bir töhfə verməsinə nail olmaq, Azərbaycanın multikulturalizm istiqamətində böyük təcrübəsini bölüşmək və sairdir.

Çəkilişlərdə iştirak edən xarici tələbələr, Azərbaycan haqqında sevgilərini, burda onlara göstərilən qardaşlıq münasibətindən söhbət açıblar.

Tədbirdə çıxış edən qonaqlar gənclərin multikulturalizm dəyərlərinə göstərdiyi bu diqqəti alqışladılar, təqdim olunan videoçarxın peşəkarlıqla hazırlandığını söylədilər. Çəkilişlərdə iştirak edən xarici tələbələrin çıxışlarının öz dillərində olması videoçarxın daha maraqlı olmasına səbəb olub və bu xarici vətəndaşların da çarxı izləmələrinə zəmin yaradacaq.


Biz fərqliyik, amma hamımız Azərbaycandayıq” çarxı təqdim olundu



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
986 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...