“Qarabağ” - “Fiorentina” oyunu günü hava necə olacaq?

“Qarabağ” - “Fiorentina” oyunu günü hava necə olacaq?


Futbol üzrə Avropa Liqasının qrup mərhələsində “Qarabağ” klubunun İtaliya "Fiorentina”sı ilə VI tur matçını keçirəcəyi dekabrın 8-də Bakıda gözlənilən hava proqnozu açıqlanıb.

GUNDEMİNFO.AZ yazır ki, bu barədə "Report"a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova məlumat verib.

Onun sözlərinə görə, həmin gün Bakıda və Abşeron yarımadasında güclü şimal-qərb küləyi əsəcək: “Küləyin orta sürəti gün ərzində 15-20 km/saat olacaq. Küləyin sürəti arabir 23-25, gündüz bəzi yerlərdə 30 km/saata qədər artacaq”.
Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda təşkil olunacaq qarşılaşma saat 20:00-da başlayacaq.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
800 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...