Tramp Putinin adamları ilə “fırlanan” bu kovboyu milli təhlükəsizlik naziri təyin edir

Tramp Putinin adamları ilə “fırlanan” bu kovboyu milli təhlükəsizlik naziri təyin edir

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Milouki dairəsinin şerifi David Klarkı milli təhlükəsizlik nazirliyinin rəhbəri təyin etməyə hazırlaşır. Virtualaz.org “The Daily Beast” nəşrinə istinadən xəbər verir ki, şerif Klark ötən həftə Nyu-Yorka, Trampla görüşə gedib.

Tramp Putinin adamları ilə “fırlanan” bu kovboyu milli təhlükəsizlik naziri təyin edir


Klark onunla məşhurdur ki, hər dəfə rəsmi tədbirlərdə və kütlə qarşısındakı çıxışlarında kovboy geyimində və şlyapasında olur. O, həm də son bir neçə ayda bir neçə məhbusun şübhəli şəraitdə öldüyü həbxsananın rəisidir.

Lakin Klarkın eyibi təkcə bununla bitmir. Nəşr yazır ki, o, Donald Trampla Rusiya prezidenti Vladimir Putini dəstəkləyən ekstremistlər-Amerika Milli Atıcılıq Assosiyasiyasından (NRA) olan paranoiklər arasında bağdır. Bir il əvvəl Klark NRA nümayəndələri ilə birlikdə Rusiyaya səfər edib. Onlar Putinin yaxın tərəfdaşı, “Silah hüququ” hərəkatının lideri Aleksandr Torşinin çıxış etdiyi konfransa qatılıblar. Torşin Putin tərəfindən Mərkəzi Bankın sədr müavini təyin edilib.

Tramp Putinin adamları ilə “fırlanan” bu kovboyu milli təhlükəsizlik naziri təyin edir


Bu ilin mayında NRA-nın Luisvilldəki konfransında isə Klark Donald Trampın oğlu Tramp-juniorla və Torşinlə bir masa arxasında şəkil çəkdirmişdi. “Özünü putinçilərin cəmiyyətində və bizim silah lobbisinin əhatəsində bu cür rahat hiss edən birinin Amerikanın təhlükəsizliyinə cavabdeh olması səfehlikdən daha betərdir”-nəşr yazır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
844 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...