Məşhur “YouTube” blogeri bir ilə 15 milyon dollar qazanıb

Məşhur “YouTube” blogeri bir ilə 15 milyon dollar qazanıb

Ötən il olduğu kimi, bu il də ən çox qazanan videobloger isveçli Feliks Çelberqdir. YouTube-da "PewDiePie" niki ilə tanınan bu blogerin illik gəliri 15 milyon dollardır. 2-ci yeri "Markiplier" nikli letspleyer və oyun şərhçisi Mark Fişbax tutub. Onun gəlirləri 5,5 milyon dollardır.

Reytinqdə 3-cü yerdə "HolaSoyGerman" nikli çilili komik, musiqiçi, müğənni və yazıçı Erman Qarmendiya 5,5 milyon dollarla qərarlaşıb. Amerikalı müğənni, komik və aktrisa, "Miranda Sings" kimi tanınan Kollin Bollincer 5 milyon dollarlıq gəlirlə 4-cü yerdədir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
703 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...