“Həkimlər baxıb görürlər ki...”- Rafiq Hüseynov

“Həkimlər baxıb görürlər ki...”-


“Üç il bundan öncə əməliyyat olundum. Kəsib götürdülər. Hər üç aydan bir müayinəyə gedirəm. İldə 4 seans olmalıdır. Fizioterapiyadan keçirəm. Üç aydan bir getməyimin məqsədi odur ki, həkimlər fəsadların yenidən olub-olmadığını müəyyən etsinlər. Görsünlər ki, metostat var, ya yox. Hələlik şükür Allaha ki, yoxdu”.

Bunu Modern.az saytına açıqlamasında tanınmış diktor, xalq artisti Rafiq Hüseynov bildirib. Qeyd edək ki, 2014-cü ildə ağciyər xərçəngi səbəbindən Türkiyədə əməliyyat olunan diktor o zamandan etibarən mütəmadi olaraq dövlət hesabına Türkiyədə müayinədən keçir. Mətbuata açıqlamasında bir neçə dəfə tam sağalmasının qeyri-mümkün olduğunu deyib. Əsas diqqətin isə durumun stabilliyinin qorunmasına, əlavə fəsadların meydana çıxmamasına yönəldildiyini vurğulayıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
886 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...