“Azercell” abunəçiləri üçün “Zvooq” xidmətini istifadəyə verib

“Azercell” abunəçiləri üçün “Zvooq” xidmətini istifadəyə verib


“Azercell Telekom” MMC öz abunəçiləri üçün daha bir xidməti təkmilləşdirərək, onların ixtiyarına verib.

“Azercell Telekom” MMC-dən GUNDEMİNFO.AZ-a verilən məlumata görə, belə ki, artıq “Azercell” abunəçilərinə “Zvooq” xidmətinin premium versiyası vasitəsilə istənilən musiqini dinləmək və yeni musiqi parçaları əlavə edərək öz play listini yaratmaq imkanı verir. Xidmətə qoşulmaq üçün “Google Play” və ya “AppStore”dan mobil tətbiqi yükləmək, qeydiyyat üçün sadəcə tətbiqdə mobil nömrəni daxil edib, əvəzində SMS vasitəsilə gələn unikal kodu təkrarən mobil tətbiq üzərindən əlavə etmək lazımdır.

Qeyd edək ki, xidmət 10.02.2017-ci il tarixindən etibarən bütün abunəçilərin istifadəsinə təqdim olunub. Həmin tarixdən xidmətə qoşulanlar ilk aylıq (30 günlük) istifadə müddəti ərzində “Zvooq” xidmətindən ödənişsiz yararlana bilirlər. Bu (30 günlük) müddət bitdikdən sonra, həmçinin 10.03.2017-ci il tarixindən etibarən xidmətə qoşulanlar, 4,5 AZN xidmət haqqı ödəməklə xidmətdən 30 günlük istifadə edəcəklər. Aylıq abunə haqqı müqabilində xidmətə qoşulma hər ay avtomatik yenilənir. “Zvooq” xidməti abünəçinin istifadə etdiyi internet paketin trafikindən hesablanacaq.

Abunəçilər “Azercell Telekom” MMC tərəfindən təqdim edilən xidmətlər, tariflər və keçirilən kampaniyalar barədə ətraflı məlumatları rəsmi internet səhifəsindən (www.azercell.com), həmçinin Müştəri Xidmətlərinə (MX ofisləri, həftənin 7 günü 24 saat ərzində fəaliyyət göstərən Telefon Mərkəzi - SimSim abunəçiləri (012) 4904949/2002, Fakturalı xətt abunəçiləri (012) 4905252/6565, E-poçt: [email protected]; [email protected], o cümlədən onlayn müştəri xidmətləri) müraciət etməklə almaq imkanına malikdirlər.

Beləliklə, “Zvooq” xidmətinə ilə müştəri əhvalına uyğun istənilən musiqini istədiyi anda dinləyə biləcək.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
868 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...