Azərbaycanda nə qədər uşaq var STATİSTİKA

Azərbaycanda nə qədər uşaq var


Azərbaycanda uşaqların sayı açıqlanıb.

APA-nın xəbərinə görə, Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktoru, respublikanın baş pediatrı Nəsib Quliyev bildirib ki, ölkədə uşaqların (0-18 yaş) 2 milyon 800 mindən artıqdır.

O qeyd edib ki, gələcəkdə uşaq əhalisinin sayı 3 milyona yaxınlaşacaq.
Baş pediatrın sözlərinə görə, qanunvericiliyə əsasən körpə doğulandan sonra ayda 3 dəfə, uşaqların 1 yaşı tamam olduqdan sonra ayda 1 dəfə, 2 yaşa qədər uşaqlar hər rübdə 1 dəfə, 3 yaşından sonra isə uşaqların ildə ən azı 1 dəfə kompleks tibbi müayinəsi dövlət vəsaiti hesabına aparılır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
770 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...