Acun Ilıcalının həyat - HEKAYƏSİ

Acun Ilıcalının həyat -
Acun Ilıcalı 1969-cu ildə Türkiyənin Ədirnə şəhərində dünyaya gəlib. Acun Firarda, Var mısın? Yok musun?, Fear Factor, Surivor, Yetenek sizsiniz, O ses Türkiye kimi televiziya verilişləri ilə uğur qazanmış məşhur aparıcı və kanal sahibidir.

"ANV" "banco"ya istinadən xəbər verir ki, valideynləri Ergün və İlknur Ilıcalının ikinci övladı kimi dünyaya gələn Acunun Ömər Cenker Ilıcalı adında bir böyük qardaşı var. 5 yaşında başladığı orta təhsilini Ədirnə İstiqlal Orta Məktəbində tamamlayıb. Məktəbi bitirdikdən sonra İstanbul Universiteti ingilis dili müəllimliyi ixtisası üzrə təhsilə başlasa da universitet həyatı 7 ildən sonra məzun olmadan bitir.

19 yaşında Seda Ilıcalı ilə evlənir və bu evliliyindən Banu adında bir qız uşağı dünyaya gəlir. Qızının doğumundan 10 ay sonra 1990-ci ildə ana və atasını yol qəzasında itirir.

Yoldaşından boşandıqdan sonra 1994-ci ildə avtomobili ilə Bağdad Prospektində böyük bir qəza keçirir. Qəzada arxada oturan yaxın yoldaşı həyatını itirir. Özünün isə sol qolu qırılır və 36 tikişli əməliyyatdan sonra qoluna platin taxırlar.

1995-ci ildə evini satır və böyük bir geyim mağazası açaraq ticarət həyatına atılır. Ancaq həmin dövrdə Türkiyədə baş verən iqtisadi böhrana görə müflis olur.Daha sonra yenidən universitet imtahanına daxil olur. Universiteti qazanır ancaq yenə də təhsil almaqdan imtina edir.

// "ANV"




Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
803 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...