Türkmənistanda gözəllik müsabiqəsi keçiriləcək — Atlar arasında

Türkmənistanda gözəllik müsabiqəsi keçiriləcək —


"Ölkə.Az" xəbər verir ki, müsabiqə 2017-ci ilin 29 aprelində baş tutacaq. Bu barədə ölkə prezidenti Qurbanqulu Berdımuhammedov sərəncam imzalayıb.

Sənədə əsasən türkmən atı bayramı ərəfəsində (30 aprel-red) bu yarış keçiriləcək. Sərəncamda həm də ən gözəl atı seçəcək jüri üzvlərinin heyəti də təsdiqlənib. Bu heyətə alimlər, at mütəxəssisləri və xarici peşəkarlar dəvət edilib.

Yarışda ən gözəl atı seçməklə yanaşı incəsənət yarışı da keçiriləcək. Ən gözəl ahaltəkə atının sahibi Türkmənistan prezidenti tərəfindən yolsuzluq avtomobili ilə mükafatlandırılacaq.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
710 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...