Qafqaz Müsəlmanları İdarəsinə yeni səlahiyyətlər verilir

Qafqaz Müsəlmanları İdarəsinə yeni səlahiyyətlər verilir
Azərbaycanda “Dini etiqad azadlığı haqqında” qanuna əlavələr təklif edilir.

APA-nın məlumatına görə, layihə Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.

Komitə sədri Siyavuş Novruzov layihə barədə məlumat verərək bildirib ki, layihəyə əsasən, Qafqaz Müsəlmanları İdarəsi xaricdə dini təhsil almış Azərbaycan vətəndaşlarını müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmaqla islam dininə aid ayin və mərasimlər aparmasına icazə verə bilər.

Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
743 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...