Hava yağmursuz keçəcək, duman olacaq

Hava yağmursuz keçəcək, duman olacaq


Aprelin 27-də Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu, əsasən yağmursuz keçəcək.

Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

ETSN-dən APA-ya verilən məlumata görə, havanın temperaturunun gecə 6-9° isti, gündüz 15-20° isti, Bakıda gecə 6-8° isti, gündüz 17-19° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi normadan yüksək 770 mm civə sütunu, nisbi rütubət gecə 65-75 %, gündüz 50-60 % təşkil edəcək.

Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturunun gecə 6-11° isti, gündüz 17-22° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 8-13° isti olacağı gözlənilir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
682 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...