Makedoniyalı İsgəndərə aid dəfinə tapan İmişli sakini danışdı - Pulların fotosu

Makedoniyalı İsgəndərə aid dəfinə tapan İmişli sakini danışdı -


Makedoniyalı İsgəndərə aid gümüş pulları tapan İmişli sakini dəfinəni neçə aşkar etməsi barədə danışıb.

Rayonun Qızılkənd kənd sakini Ehtiram Həsənov Missiya.Az-a açıqlamasında bildirib ki, gümüş pulları aprelin 8-də Qızıltəpə kəndinin kənarında yerləşən Yedditəpə adlanan ərazidən tapıb.

"Qoyun otararkən ətrafa baxırdım. Birdən torpaqda küp gördüm. Mənə maraqlı gəldi. Küpü götürdüm və içində torpağa bulanmış balaca dəmirlər olduğunu gördüm. Daha sonra küplə birlikdə evə qayıtdım".

Küpə dayısı Məmmədağa Rüstəmovla birlikdə baxış keçirən Ehtiram Həsənov orada 9 ədəd gümüş pulun olduğunu aşkar edib. "Pulların üzərində Makedoniyalı İsgəndərin şəklili var".

Onun dayısı Məmmədağa Rüstəmov tapılan pulları dərhal müvafiq quruma təqdim edib.

Məmmədağa Rüstəmovun sözlərinə görə, tapılmış gümüş pullar baxış üçün mədəniyyət və turizm naziri Əbülfəz Qarayevə təqdim ediləcək.

Makedoniyalı İsgəndərə aid dəfinə tapan İmişli sakini danışdı -
Makedoniyalı İsgəndərə aid dəfinə tapan İmişli sakini danışdı -

Dəfinə tapıntısı ilə bağlı mətbuata açıqlama verən Arxeologiya və Etnoqrafiya İnstitutunun Numizimatika şöbəsinin müdiri Akif Quliyev bildirib ki, onlara 9 ədəd gümüş draxma təqdim edilib. «Tədqiqat zamanı məlum olub ki, bu Makedoniyalı İsgəndərə aid gümüş pullardır».

Qeyd edək ki, arxeoloji qazıntılar nəticəsində tapılan qiymətli əşyalar Arxeologiya və Etnoqrafiya İnstitutunda tətqiq edilir. Əyarı müəyyən edildikdən sonra həmin əşya tarixi nümunə kimi qorunur. Bu zaman ortaya hamını maraqlandıran bir sual çıxır. Əgər sadə bir vətəndaş tarixi dəfinə aşkar edirsə, onu buna görə hansısa mükafat gözləyirmi? Bu AR Mülki Məcəlləsinin 187-ci maddəsiylə tənzimlənir. Həmin maddənin 3-cü bəndinə görə.

AMEA-nın şöbə müdiri bildirib ki, aşkar edilmiş mədəniyyət nümunələri qiymətləndirilir, 50 faizi qismində mükafat tapan şəxsə və ya tapılan aşyanın sahibinə təqdim edilir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1222 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...