"Yaxşı cərrah “Xəcalət təri yox, zəhmət təri”tökməlidir" - Tanınmış cərrah İlqar Yusubov

"Yaxşı cərrah “Xəcalət təri yox, zəhmət təri”tökməlidir" -


Həkimlik -Son dərəcə çətin və müəllimdən sonra… bəlkədə ikinci vacib peşədir. Əlbəttə, peşənin vacibi və ya qeyri vacibi olmur… AMMA müəllimlik bir başqa.

Həkim hər zaman öz həyatını, vaxtını, əyləncəsini, ailəsini… digərlərin həyatlarının daha sağlam olması uğrunda fəda edir. Bu çox təbiidir, çünki həkimin borcu xəstəyə şəfa tapmaqdır. Həkimlikdə əsas hədəf xəstəni sağlam vəziyyətə gətirmək olmalıdır… Əlbəttə, bugün həkimlərimiz öz peşələrini laiqincə yerinə yetirirlər.Bu həkimlərdən deyərdim ki,birincisi məhz Ümumi Cərrah Dr “İlqar Yusubov”dur.

GUNDEMİNFO.AZ Xəzər Klinikasının Baş Həkimi İlqar Yusubovla olan müsahibəmizi sizlərə təqdim edir:

-Uşaq ikən heç ağlınıza gələrdimi ki, nə vaxtsa həkim ola bilərsiniz?

-Bütün uşaqlar kimi mən də uşaq vaxtı həkimdən qorxmuşam.Bir dəfə kiçik yaşlı qızımın yanında mənə ,”İlqar həkim”deyə müraciət etmişdilər.Qızım həmin şəxsə -Mənim atam həkim deyil ! Mənim atam yaxşı adamdır-deyə hiddətli cavab vermişdi.Bəli ! Mən 5-ci sinifdən həkim olmağı qarşıma məqsəd qoymuşdum.

-Həkim ilk növbədə, özündə hansı keyfiyyətləri müəyyən etməlidir?

-Təbəssüm həkimin, qınaq həkimin .Dərtdi qapısında qonaq həkimin.Həkim çarəsiz xəstələrlə ünsiyyətdə olduqda belə mehriban ,qayğıkeş ,ümidverici olmalıdır.İçindəki təlatümlə çölündəki təbəssüm bir təzad təşkil etməlidir. Amma təssüflər olsun ki, xəstə yaxınlarının həkimi düzgün anlamaması,media hədələri, yerli-yersiz məhkəmə müraciətləri həkimlərin ülvi hisslərini tədricən sıradan çixarır,Avropalaşdırır.Xəstənin ümidsiz xəstəliyini ona deməklə bir növ həkim məsuliyyəti xəstə və qohumları ilə paylaşmış olur.Belə halda ən acınacaqlı hal baş verir.Xəstənin ümidi özündən əvvəl ölür.Mən öz şəxsimdə belə halın tərafdarı deyiləm,amma bir daha vurğulayıram bu hadisələrin kökü ictimaiətdən qaynaqlanır.Cərrah əməliyyat stolunda olan xəstənin vücuduna öz orqanizmi kimi yanaşmalıdır.Həqiqətən də həkim ücün ən böyük dəyər və mükafat xəstə təbəssümüdür. Bu təbəssüm bütün yersiz qınaqları unutdurur.Həkimlik sənəti yalnız saflığı sevir.

-Azərbaycanın bugünkü səhiyyə durumunu necə qiymətləndirirsiniz?

-Azərbaycanda Səhiyyə hər gün inkişaf edir, hər sahədə püxtələşmiş mütəxəsislər var.

-Azərbaycanda tibbin ən zəif və az inkişaf etmiş sahəsi hansıdır?

– Tibb hər gün yenilənir, bütün sahələrdə nəzərə carpan irəliləyiş var.

-Azərbaycanda tibb təhsilini xaricdə alan və ya xarici ölkələrdən birində işləyən həkimlərə güvən daha çoxdur nədənsə.səbəb?

-Bəli Dünyaya inteqrasiya ilə bağlı bu normal haldır.Amma bu sahədə ifratcılıq var-belə ki, əcnəbi həkimlər və əcnəbi ləhcəli həkimlərə tibbi savad nəzərə alınmadan .”İtaət “var. Bunlar bir mariflənmə məsələsidir, belə məsələləri zaman cözür.Avropa və qərb təcrübəsindən hər zaman yararlanmaq qacılmazdır və labüddür.

-Xanımlar hər zaman ideal görünmək üçün əllərindən gələni edirlər. Bir qadın gözəl görünmək üçün bıçaq altına yatmaqdan da çəkinmir. Son dövrlər qadınlar arasında ən aktual olan qarının yığılması,bədənin kiçik formaya salınması hətta deyək ki,mədənin kiçilməsi.Sizin münasibətiniz?

-Bu əməliyyatları icra edən bir cərrah kimi ,bıçaq altına düşür ifadəsi ilə razı deyiləm.Xanımlar əməliyyat olunaraq artıq piylərdən, sallaq qarından, lazımsız qırışlardan, qüsurlu görüntüdən ,daim sıxıntı yaşadan komplekslərdən azad olaraq arzuladıqları həyatlarına qovuşurlar.Bunlara ikili münasibət olsa da qarşısıalınmaz prosesdir.

-Əməliyyatdan nə qədər sonra xəstə normal həyata qayıda bilər?

-Bu xəstənin kecirdiyi əməliyyatın xarakterindən və həcmindən asılıdır.

-Yaxşı cərrah olmağın düsturu nədir?

-Yaxşı cərrah “Xəcalət təri yox ,Zəhmət təri”tökməlidir.Budur düsturu.

Keçid alaq Oxucularımızın suallarına .

-Mənim yoğun bağırsağımda,2-3 sm polip var xovlu.Ağrı verir yaman.19-u biopsi cavabı çıxacaq. ona kimi emeliyyat olmaliyam.Əməliyyatdan sonra yaranma ehtimalı varmı?

-Əməliyyatdan sonra həkimin göstərişinə əsasən (bir neçə ay sonra) nəzarət kolonoskopiyası olunması məsləhətdir.

-keysəriyyə əməliyyatında düşən tikişlər 2-ci dəfə hamiləlikdə cirilarsa( ya içəridən ya üstdən ) uşağa zərər vermədən bir çarəsi varmı bunun ?

-Xəstə müayinə olunmadan,görmədən bir şey demək olmaz.

-Salam anamın mədəsində yırtıq var onu əməliyyatı nə qədər məbləğə başa gələr? Və bu əməliyyat neçə saata davam edir?

-Öncə xəstəyə baxılmalı ,sonra digər sorğu cavablandırılmalıdır. Baxış tərəfimizdən pulsuz olar.

-Onurğada 3 yırtıq varsa,bunu əməliyyat elətdirmək düzgündürmü?Və bu nece nəticə verər.yas heddide 55-60 yaş arasidirsa.Zəhmət olmasa cavablandırardınız.

-Onurğada olan yırtıqlardan hər hansı ya ikisi tərəfindən sinirlərin kəskin sıxılması (kompressiya)-iflic, yarımiflic təhlükəsi varsa onlara cərrahi müdaxilə göstərişdir.Bir çox hallarda ixtisaslı fizioproseduralarla da keçinmək olur.Hər xəstəliyə individual yanaşılmalıdır.

-Anemiya problemi yaşayan bir xəstə əməliyyata girərsə risk faktoru nə qədərdi?


-Anemiyalı xəstəni əməliyyatdan əvvəl hazırlamaq ,medikamentoz və ya birbaşa qan köçürməklə risk faktorunu minumuma endirmək lazımdır.

-Yoldaşım 9 il qabaq öd əməliyyatı olub lazerle indi usm öd yolunda 1-sm daş olduğunu göstərir heç bir ağrı yoxdur. Sadəcə köp olur əməliyyata ehtiyac varmı? Birdə deyirlər bele bir aparat var zond kimi onunla əməliyyatsız götürürlər daşı.Bu mümkündürmü? Öncədən cavabınıza görə təşəkkür edirəm.

-Bəli öd yolunda olan daş (ağızdan) duedenoskopla-faterotomiya etməklə-cıxarılması məsləhətdir.

-Öd kisəmdə 5 -polip var.ölçüləri 6 mm-ə qədərdir.Sizcə əməliyyata ehtiyac var?

-Öd kisəsində 5 ədəd polip varsa,bu artıq Polipozdur.Gələcəkdə xoşagəlməz halın qarşısını almaq ücün,əməliyyat olunmalıdır.

-Həkim anam bugün həkimə gedib ve öd kisəsində ölçüleri N 6,0-10,0 sm ,köndələn N1,5-3sm ,divarın qalinligi 0,2-0,3sm-dir.Qorxuludurmu?

-Qorxulu deyildir, Qorxusuz da deyildir.Xəstəlikdir,xəstəlik isə tam müalicə olunandir.Xolesistoektomiya-öd kisəsinin çıxarılması əməliyyatı vacibdir.Qorxulu sualına hər gün rast gəlirik və hər dəfə çətinlik qarşısında qalırıq.Qorxulu,deyil dedikdə xəstə müalicədən imtina edir və bir neçə aydan sonra fəsadla qayıdır .Qorxuludur desək xəstəni qorxutmuş oluruq.Bəzən xəstə yaxınları xəstənin yanında bu sualı verirlər, dəfələrlə yayınmalı oluruq ,sonra təklikdə çağırıb sualına xəstə qarşısında necə cavab verməyimi soruşanda təəssüflə gülümsəyirlər.

-Son olaraq əlavə etmək istədiyiniz nələr var? Həkim kimi nə məsləhət görərdiniz oxucularımıza?


-Allahın nəzəri bütün həkimlərimizin üzərində olsun, xəstələrimizə isə Uca Tanrıdan ŞƏFALAR diləyirəm.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
958 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...