Ramazan ayı mayın 27-də başlayacaq

Ramazan ayı mayın 27-də başlayacaq

Bu il Azərbaycanda Ramazan ayı Miladi təqvimlə mayın 27-də başlayacaq. "Report" xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) hazırladığı təqvimə əsasən Ramazan ayının hilalı Azərbaycan üfüqündə mayın 26-da görünəcək. Mayın 27-də Ramazan ayı başlayır.

Ramazan ayının ilk Qədr gecəsi (əhya) iyunun 13-də olacaq. Növbəti Qədr gecələri isə iyunun 15-nə, 17-nə, sonuncusu isə 21-nə təsadüf edəcək. Ramazan bayramı isə iyunun 26-da qeyd olunacaq. Bu il Qurban bayramı Miladi təqvimlə sentyabrın 1-nə təsadüf edəcək. Bu il Məhərrəm ayının 1-i Miladi təqvimlə sentyabrın 22-nə düşür. Aşura isə oktyabrın 1-də qeyd olunacaq. Oktyabrın 20-də Məhərrəm ayı başa çatır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
908 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...