Azərbaycanlılar ÜAK-ın bağlanması və Rusiya ilə münasibətlər barədə nə düşünür? - SORĞU

Azərbaycanlılar ÜAK-ın bağlanması və Rusiya ilə münasibətlər barədə nə düşünür? -


“Atlas” Araşdırmalar Mərkəzi “Azərbaycan-Rusiya münasibətləri və Azərbaycanın xarici siyasətinin yeni prioritetləri” mövzusunda 500 respondent arasında sorğu keçirib.

APA-nın xəbərinə görə, sorğunun birinci sualı belə olub: “Rusiyada azərbaycanlıların dünyadakı ən böyük diaspora təşkilatı olan Ümumrusiya Azərbaycan Konqresinin qeydiyyatının ləğvi iki ölkə arasındakı münasibətlərə necə təsir edəcək?” Suala cavab verənlərin 87%-i Rusiyada azərbaycanlıların ən böyük təşkilatının fəaliyyətinin faktiki qadağan olunmasının Azərbaycan-Rusiya münasibətlərinə mənfi təsir edəcəyini söyləyiblər. Respondentlərin cəmi 8%-i qeydiyyatın ləğvinin münasibətlərə heç bir təsiri olmayacağı düşüncəsindədir. 5% respondent isə suala “bilmirəm” deyə cavab verib.

“Sizcə Rusiyada azərbaycanlıların diaspor təşkilatının fəaliyyətinin qadağan olunmasının arxasında hansı qüvvələr dayanır” sualına cavablar belə olub:

- Rusiya hakimiyyəti – 57%

- Rusiyadakı erməni lobbisinin təsiri altındakı qüvvələr – 34%

- Səbəb Ümumrusiya Azərbaycan Konqresinin sənədlərinin qaydasında olmamasıdır – 9%.

“Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin həllindəki vasitəçiliyini necə qiymətləndirirsiniz” sualına cavab verənlərin mütləq əksəriyyəti (93%) Moskvanın təkbaşına vasitəçiliyini Dağlıq Qarabağ münaqişəsinin həllini sürətləndirməyəcəyini, əksinə, işğalın davamına şərait yaratdığını bildiriblər. Sorğuya qatılanların yalnız 5%-i Rusiyanın münaqişənin həllinə çalışdığını, 2%-i isə bu haqda bir fikirlərinin olmadığını deyiblər.

Sorğunun dördüncü sualı belə olub: “Azərbaycanın Rusiyanın təkbaşına vasitəçiliyindən imtina etməlidirmi?” Cavablar:

- Bəli, imtina etməlidir – 78%,

- Xeyr, imtina etməməlidir – 12%,

- İmtina etməməli, ancaq digər iki həmsədr – ABŞ və Fransanın da prosesdə iştirakına çalışmalıdır” – 10%.

Sonuncu “Rusiya ilə münasibətlərin gərginləşməsi fonunda Azərbaycan xarici siyasətdə və təhlükəsizliyinin gücləndirilməsində hansı alternativlərə üstünlük verməlidir” – sualında respondentlərə aşağıdakı cavab variantları təqdim olunub və nəticələr belə bölünüb:

- Türkiyə ilə yeni hərbi əməkdaşlıq sazişi imzalanmalı, Türkiyənin Azərbaycanda, o cümlədən Naxçıvanda hərbi bazasının və ya hərbi təlim mərkəzinin yaradılması məqsədilə Ankara ilə danışıqlara başlanmalıdır” – 53 %

- NATO ilə hərbi əməkdaşlıq genişləndirilməlidir – 24 %

- Avropa İttifaqı ilə inteqrasiya sürətləndirilməlidir – 14 %

- Alternativlərə ehtiyac yoxdur, Rusiya ilə strateji tərəfdaşlığa davam edilməlidir – 9%.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
716 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...