Jurnalistin komada olan atası başqa xəstəxanaya köçürüldü

Jurnalistin komada olan atası başqa xəstəxanaya köçürüldü


“Yaranmış ağır vəziyyətə görə atamla bağlı çətin bir qərar qəbul etmək məcburiyyətində qaldıq. Atamı "Avrasiya Hospital"dan dövlət xəstəxanası olan Bakı Sağlamlıq Mərkəzinə köçürdük”.

Modern.az-ın məlumatına görə, bunu jurnalist İmdad Əlizadə uzun müddətdir koma vəziyyətində olan atasının vəziyyəti barədə danışarkən deyib.

“Atam komada olduğu 1 il 3 ay 18 günün 8 ay 17 günün "Avrasiya Hospital"da müalicə olunub. Təəssüf ki, bu müalicənin heç bir nəticəsi olmadı və koma vəziyyəti davam edir”,- jurnalist bildirib.

Qeyd edək ki, vaxtilə 54 gün erməni mühasirəsində qalmış müəllim, yazıçı-publisist Əli Əliyev 2016-cı il fevralın 14-də Bakıda məskunlaşdığı uşaq bağçasından çıxıb İsmayıllı rayonuna həmkəndlisinin hüzr mərasiminə gedərkən ağır qəzaya düşüb. "Koroğlu" metrostansiyası yaxınlığında yolu keçərkən onu avtomobil vurub.

Laçın rayonunundan məcburi köçkün olan Əli Əliyev "54 gün mühasirədə " adlı kitabının müəllifidir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
761 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...