ANS-n məşhur aparıcılarının “Space”dəki davasıyla bağlı - Açıqlama

ANS-n məşhur aparıcılarının “Space”dəki davasıyla bağlı -


Space televiziyası şirkətdə 2 keçmiş ANS-çinin arasında baş redaktorluq postu uğrunda qalmaqal yaranması xəbərlərinə aydınlıq gətirib.

TV-nin icraçı direktoru Kamil Şahverdiyev BakuPost.az-a açıqlamasında Afət Telmanqızı ilə Azadə Balayeva arasında hər hansı qalmaqal yaşanmadığını bildirib: "Afət Telmanqızı baş redaktorun müavini təyin olunub. Azadə Balayeva da buraxılış redaktoru kimi öz işindədir. Necə əvvəl işləyirdi, indi də öz işinə davam edir. Heç bir əsası yoxdur xəbərin, hər hansı qalmaqal yaşanmayıb”.

Qeyd edək ki, yayılan məlumatlarda TV prezidenti Vaqif Mustafayevin keçmiş ANS-çi Afət Telmanqızını xəbərlər departamentinə baş direktor təyin etdiyi bildirilir. Qeyd olunur ki, o, bu postda Azadə Balayevanı əvəzləyib. Balayeva isə V.Mustafayevin bu qərarını etirazla qarşılayıb və şirkətdən getmək barədə ərizə yazıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
918 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...