Jurnalistlər üçün üçüncü binanın təməli qazılmağa başladı - FOTOLAR

Jurnalistlər üçün üçüncü binanın təməli qazılmağa başladı -

QAZİLER.AZ saytı xəbər verir ki, jurnalistlər üçün inşası nəzərdə tutulan üçüncü binanın təməli qazılmağa başlayıb. Bunu jurnalistlər üçün inşa edilmiş birinci bina sakini Rey Kərimoğlu deyib.

Onun sözlərinə görə, konkret prezident sərəncamı olmasa da, üçüncü binanın da tikiləcəyi gözlənilirdi.

“Bir neçə gündür ki, jurnalistlər üçün inşa edilmiş ikinci binanın yanında qazıntı işlərinə başlanıb. Ərazidə bina tikintisi üçün işlərə hazırlıq gedir. Çox güman ki, ikinci binanın açılışından sonra üçüncü binanın təməl qoyması mərasimi olacaq. Qazma işini aparan inşaatçılar da bunu təsdiq etdilər. Hələ birinci binanın açılışında prezident demişdi ki, bu ərazi, ümumiyyətlə mədəniyyət şəhərciyi olacaq. Və jurnalistlər üçün üç bina tikiləcək.”

Xatırladaq ki, bir müddət əvvəl Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) icraçı direktoru Vüqar Səfərli də bildirmişdi ki, mənzilə ehtiyacı olan jurnalistlər üçün dövlət tərəfindən üçüncü bina da tikiləcək. Ehtimal olunur ki, ikinci bina təhvil verildiyi gün jurnalistlər üçün üçüncü binanın təməli qoyulacaq.


Jurnalistlər üçün üçüncü binanın təməli qazılmağa başladı -
Jurnalistlər üçün üçüncü binanın təməli qazılmağa başladı -



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
825 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...