Azərbaycanlı hakimlər Çempionlar Liqasına təyinat aldı

Azərbaycanlı hakimlər Çempionlar Liqasına təyinat aldı
Futbol üzrə Çempionlar Liqasının II təsnifat mərhələsi çərçivəsində Norveç "Rusenborq"u ilə İrlandiya "Dandolk"u arasında keçiriləcək cavab görüşü azərbaycanlı hakimlər briqadasına həvalə olunub.

"Qaynarinfo"nun AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, qarşılaşmanın baş hakimi FIFA referisi Əliyar Ağayev olacaq. Ona FIFA referi köməkçisi Zeynal Zeynalov və Rza Məmmədov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Orxan Məmmədov yerinə yetirəcək.

Qeyd edək ki, oyun iyulun 18-i və ya 19-da keçiriləcək.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
901 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...