Azərbaycanda bəzi körpələrə Şəkixanım, Qubaxanım, Oğuzkaan, Cəbrayılnur adları verilib

Azərbaycanda bəzi körpələrə Şəkixanım, Qubaxanım, Oğuzkaan, Cəbrayılnur adları verilib

Azərbaycanda bəzi körpələrə şəhər və rayon adları qoyulub.

"Report" Ədliyyə Nazirliyinə istinadən xəbər verir ki, son beş ildə 3 körpəyə Bakıxan adı verilib.

Bundan başqa son beş ildə 5 körpəyə Gəncəli (bu il ərzində 3 körpəyə), 3-nə Gəncəvi, 241-nə Babək (bu il 31-nə), bir körpəyə Ağsurə, 200-nə Cəbrayıl (bu il 31 körpəyə), 1 körpəyə Cəbrayılnur, 80 nəfərə Füzuli (bu il 14), 101 nəfərə Laçın (bu il 10), 1-nə Lənkəran, 207-nə Oğuz (bu il 35), 38-nə Oğuzxan (bu il 10), 2-nə Oğuzhan, 1-nə Oğuzcan, 1-nə Oğuzkaan, 1 körpəyə isə Oğuzaslan adı verilib. Bundan başqa son beş ildə 5 körpəyə Quba, 5-nə Qubaxanım, 1-nə Qubaşah, 10-na Tovuz, 2-nə Şamaxı, 1-nə Şuşa, 1 körpəyə Şuşanur, 1-nə Şəki, 1 körpəyə Şəkixanım, 1-nə Şəkilə, 1-nə isə Şəkixan adları verilib. Son beş ildə bir körpə isə Şəmkir adını alıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
855 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...