Elçin Şıxlı: “Mehman Əliyevin həbsi “beşinci kalon”un işidir”

Elçin Şıxlı: “Mehman Əliyevin həbsi “beşinci kalon”un işidir”

“Mehman Əliyevin azadlığa buraxılması barədə ölkə başçısının bu gün verdiyi tapşırıq vacib əhəmiyyət daşıyır. Bu həm də humanist addımdır”.

Bu fikirləri “Ölkə.Az”-a açıqlamasında Azərbaycan Jurnalistlər Birliyinin sədri, fəaliyyəti dayandırılan “Ayna” və “Zerkalo” qəzetlərinin təsisçisi və baş redaktoru Elçin Şıxlı bildirib.

E.Şıxlı deyib ki, Mehman Əliyevin həbs edilməsi Azərbaycanın imicinə xələl gətirən addım olub:

“Mehman bəyin həbsi Azərbaycan dövlətinin adına ləkə idi. Onun azadlığa buraxılması barədə qərar doğru addımdır və təqdir olunur. Mən Mehman Əliyevin azadlığa çıxmasına görə çox sevinirəm. Bu münasibətlə onu təbrik edirəm”.

E.Şıxlı qeyd edib ki, Mehman Əliyevin həbsi Rusiyanın “beşinci kalon”un əməlinə bənzəyir:

“Görünür, hansısa qüvvələr hələ də kommunist düşüncələri ilə yaşayır və Azərbaycanı belə görmək istəyir. Konkret ad çəkməsəm də deyə bilərəm ki, bu “beşinci kalon”dur. Mehman Əliyevin həbs edilməsi barədə qərar da onların işləridir. Əgər diqqət etsək görərik ki, bu yaxınlarda Azərbaycan Prezidenti adından Şimali Koreya liderinə də təbrik məktubu ünvanlanıb. Bu təxribat deyil, bəs nədir? Bu gün bütün dünya Şimali Koreya liderinin hərəkətlərini pisləyir, ona dəstək verən dövlət başçısı yoxdur. Belə bir məqamda hansısa qüvvələrin əli ilə Azərbaycan Prezidenti adından Şimali Koreya liderinə təbrik məktubu göndərilir. İndi bunun mənası nədir? Təbii ki, o məktubu Prezident yazmayıb. Onun adından kimlərsə yazıb göndərib. Sual olunur, axı o məktubu nə ağılla göndəriblər? ”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
942 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...