Azercell-dən yeni müsabiqə

Azercell-dən yeni müsabiqə

Azercell-dən yeni müsabiqə

"Ganja Big Idea Competition" müsabiqəsinə qatıl, öz biznesini qur

Azercell Telekom MMC-nin Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi PAŞA Bank və Azərbaycan Texnologiya Universiteti ilə birlikdəstartaplar üçün daha bir müsabiqəyə start verib. Gəncə şəhərində ilk dəfə təşkil edilən "Ganja Big Idea Competition" ideya müsabiqəsi bölgələrdəki tələbələrə öz biznes fikirlərini inkişaf etdirmək və mükafatlar qazanmaq imkanı verir. Müsabiqədə iştirak etmək istəyənlər11 sentyabr-10 oktyabr, 2017-ci il tarixlərində https://goo.gl/forms/gULN8W3glCtEFj5F2

linki vasitəsilə qeydiyyatdan keçə bilərlər.

Bütün təqdimatlar qəbul edildikdən sonra münsiflər heyəti tərəfindən qiymətləndiriləcək. Ən yaxşı 10 təqdimat finalçı olaraq seçiləcək və 12 oktyabr tarixində Barama internet səhifəsində və bütün iştirakçıların email ünvanına məktub göndərilməklə elan ediləcək. Oktyabrın 16-da keçiriləcək finalda isə komandalar öz ideyalarını hakim heyətinə təqdim edəcəklər. Komandalar finalda biznes-planla birlikdə təqdimat hazırlamalı və 10 dəqiqə ərzində çıxış edəcəklər. Qalib gələn komandalar aşağıdakı hədiyələrlə mükafatlandırılacaqlar:

1-ci yer – 500 AZN dəyərində hədiyyə kuponu
2-ci yer – 300 AZN dəyərində hədiyyə kuponu
3-ci yer – 200 AZN dəyərində hədiyyə kuponu

Eyni zamanda müsabiqədə iştirak edən uğurlu layihələrə Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi inkubasiya və digər əməkdaşlıq xidmətləri təklif edir."Ganja Big Idea Competition" ideya müsabiqəsinin məqsədi müxtəlif, o cümlədən mobil proqramlar, İnternet, proqram təminatı, oyunlar, xidmət proqramları, korporativ proqram təminatı, yeni biznes modelləri, xidmətlər, robotlar, informasiya texnologiyaları və istehlakçı elektronikası, səhiyyə, kənd təsərrüfatı, IoT, qeyri-neft sektoru, kimya üçün informasiya texnologiyaları sahələrində innovativ ideyaların tapılmasıdır.
Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi gənc startupları "Ganja Big Idea Competition" müsabiqəsinə qatılmağa vəarzularını gerçəkləşdirib biznes qurmağa dəvət edir.
Beləliklə, “İdeya Sizdən - Dəstək Bizdən!".

Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz

Azərbaycanın mobil rabitə sənayesinin lideri və qeyri-neft sektorunun ən böyük sərmayədarı Azercell Telekom MMC 1996-cı ildə təsis edilmişdir. Azərbaycanın mobil rabitə bazarındakı payı 48% olan Azercell-in şəbəkəsi ölkə ərazisinin 80%, əhalinin 99,8%-ni əhatə edir. Bu gün 4,5 mln nəfər Azercell-in xidmətlərinə seçir. Bir sıra innovativ texnologiya və konsepsiyaları ilk dəfə olaraq Azərbaycana Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə sistemi, 24/7 Telefon Mərkəzi, onlayn müştəri xidmətləri, GPRS/EDGE, M2M, MobilBank, 1 nöqtədə 3 xidmət göstərən Azercell Ekspres ofisləri, mobil elektron xidməti "Asan İmza” və s. 2012-ci ildə Azercell ölkədə ilk 4-cü nəsl LTE xidmətini təqdim etmişdir. Mobil şəbəkə keyfiyyətinin araşdırmasını aparan Global Wireless Solutions şirkətinin, eləcə də radio siqnalların şəbəkə keyfiyyətini ölçən "Opensignal” və "Testmy.net” kimi beynəlxalq sistemlərin nəticələrinə əsasən Azercell şəbəkəsi bir çox parametrlərə görə Azərbaycanın mobil operatorları arasında ən yüksək göstəricilər nümayiş etdirmişdir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
891 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...