“Leyli və Məcnun” operası ilk dəfə Moskvada tamaşaya qoyulacaq

“Leyli və Məcnun” operası ilk dəfə Moskvada tamaşaya qoyulacaq

Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” operası oktyabrın 16-da ilk dəfə Moskvada tamaşaya qoyulacaq.
APA-nın məlumatına görə, səhnə əsəri Azərbaycan Milli Konservatoriyası və Rusiyadakı Azərbaycan Mədəniyyət və İncəsənət Studiyasının birgə təşkilatçılığı, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə nümayiş olunacaq.

Tamaşada Məcnun obrazında xalq artisti Mənsum İbrahimov, Leyli rolunda isə Beynəlxalq müsabiqələrin laureatı, xanəndə Arzu Əliyeva çıxış edəcək. Sabah Azərbaycan Milli Konservatoriyasında “Leyli və Məcnun”un ilk dəfə Rusiyadakı nümayişi ilə bağlı mətbuat konfransı keçiriləcək. Qeyd edək ki, Şərqin ilk operası oln “Leyli və Məcnun”u Üzeyir Hacıbəyli 1907-ci ildə yazıb. 1908-ci il yanvarın 25-də əsərin Tağıyev teatrında ilk tamaşası olub.

“Leyli və Məcnun”la Azərbaycan musiqi mədəniyyəti tarixində yeni bir dövr açılıb, eyni zamanda müsəlman Şərqində opera janrının əsası qoyulub. Opera Məhəmməd Füzulinin eyniadlı poemasının motivləri əsasında yazılıb.

“Leyli və Məcnun”un ilk tamaşasının rejissoru Hüseyn Ərəblinski, dirijoru Əbdürrəhim bəy Haqverdiyev olub.

Tamaşada Hüseynqulu Sarabski (Məcnun), Ə. Fərəcov (Leyli), C. Dağıstani (İbn Səlam), M. Kazımovski (Məсnunun anası), Mirzə Muxtar (Məсnunun atası), İ. Qasımov (Leylinin atası), С. Vəzirov (Leylinin anası) çıxış edib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1035 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...