Azercell-dəndaha bir yenilik: yeni konsepsiyalı “Azercell Ekslüziv”mağazası abunəçilərin istifadəsinə verildi

Azercell-dəndaha bir yenilik:


Azercell şirkətixüsusi rahatlığı və innovativ tərzi ilə seçilən növbəti mağazasını istifadəyə verib.Müştəri xidməti sahəsində hər zaman yenilikləri ilə fərqlənən, müştəri məmnuniyyətinə böyük önəm verən şirkət sentyabrın 26-da Bül-bül prospektində (Sahil metrosunun yanı) yeni konsepsiyalı Sahil Franchise ofisini abunəçilərin ixtiyarına verib. 110 m2 ərazidə yerləşən və ən müasir avadanlıqla təhciz olunan ofis yeniNordic konsepsiyasına uyğun olaraq qurulub.

Açılış mərasimində çıxış edən şirkətin prezidenti Vahid Mürsəliyevbu mağazanınAzercell-in uzun illər etibarlı partnyoru olmuş NLT şirkəti ilə qarşılıqlı etibar və peşəkarlıq əsasında qurulmuş sağlam biznesinin nümunəsi olduğunu vurğulayıb. Onun sözlərinə görə, mərkəz Azercellin özünü doğrultmuş konsepsiyası əsasında tərtib olunaraq NLT şirkəti tərəfindən uğurla idarə olunacaq vəhər zaman abunəçilərə yüksək səviyyədə xidmət göstərəcək. Həmçinin, abunəçilərinin operativ və keyfiyyətli xidmətdən istifadəsini təmin etmək üçün Azercell-inbütün ölkə boyu yeni konsepsiyalı Ekslüziv ofislərinin sayını artırmaqda davam edəcəyini qeyd edib.

Mağazanın xüsusi özəlliyi ofisdə aciq sahələrin mövcudluğu, servislərin və seçim imkanlarının rahatlığıdır. Burada abunəçilər istədiyi məhsulu tədqiq və müqayisə edə, sınaqdan keçirə bilər.

Düzgün seçim etməkdə, xidmətləri qoşmaqda və digər məslələrdə isə müştərilərimizə peşəkar satıcılar dəstək olacaqlar. Bu ofisdə də digər Müştəri Xidmətlərində təqdim olunan butun əməliyyatlar, izahli qaimə ve addan ada əməliyyatları istisna olmaqla icra olunur. Abunəçilərimiz mobil texnologiyaları dəstəkləyən müxtəlif aksessuralar, cihazlar əldə edə, eyni zamanda mobil telefonları kredit və nağd şəkildə ala bilərlər.

Qeyd edək ki, ofisin açılışı münasibəti ilə şirkət Azercell-in xüsusi loyallığı ilə seçilən müştərilərinəbütün telefonlara 50% endirim də təqdim edib.


Azercell-dəndaha bir yenilik:
Azercell-dəndaha bir yenilik:
Azercell-dəndaha bir yenilik:
Azercell-dəndaha bir yenilik:



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
989 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...