Bill Geyts hansı smartfondan istifadə edir? - Özü açıqladı - VİDEO

Bill Geyts hansı smartfondan istifadə edir? -

“Microsoft”un qurucusu Bill Geyts "Google" şirkətinin məhsulu olan "Android" əməliyyat sistemi ilə işləyən smartfona keçib

İKT.lent.az-ın Technote.az-a istinadən xəbərinə görə, Bill Geyts əsasən “Microsoft”un tətbiqlərindən istifadə etdiyini deyib. Bura “Microsoft Word”, “Skype”, “Teams” və “Outlook” kimi tətbiqlər daxildir.

Qeyd edək ki, "Android" “Microsoft”a daha yaxındır, nəinki "iOS". "Android" platformasını bir çox şirkətlər dəstəkləyir. Onların sırasında “Dell”, “Acer”, “Asus” və “Samsung” kimi şirkətlər var. Tətbiq yaradıcıları üçün "Google Play" sistemi daha asandır nəinki App Store.

“Microsoft” “Google”la proqram təminatı sahəsində mübarizə aparsa da, Bill Geyts “Apple” şirkəti ilə olmuş münaqişələri ilə tanınır.





Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
854 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...