Elçin Şıxlinskinin 60 yaşı tamam oldu

Elçin Şıxlinskinin 60 yaşı tamam oldu

Bu gün müasir Azərbaycan jurnalistikasının görkəmli siması, Azərbaycan Jurnalistlər Birliyinin sədri, “Ayna” – “Zerkalo” qəzetlərinin baş redaktoru, Azərbaycan Yazıçılar İttifaqının üzvü Elçin Şıxlinskinin doğum günüdür.

Şıxlinski Elçin İsmayıl oğlu 1957-ci il oktyabrın 4-də Bakı şəhərində, məşhur yazıçı İsmayıl Şıxlının ailəsində anadan olub. 1974-cü ildə orta məktəbi bitirən E.Şıxlinski Pedaqoji Xarici Dillər İnstitutunun ingilis dili fakültəsinə daxil olub və 1979-cu ildə həmin ali təhsil ocağını ingilis və alman dilləri müəllimi ixtisası üzrə bitirmib.

1979-cu ilin avqustundan oktyabrınadək Azərbaycan SSR Nazirlər Soveti yanında Xarici Turizm İdarəsi informasiya-reklam şöbəsinin müfəttişi işləyib.

1981-ci ilin iyul-avqust aylarında “İnturist” ÜSC Bakı şöbəsində tərcüməçi olub. 1981-ci ilin avqustundan 1986-cı ilin sentyabrınadək Azərbaycan Xarici Ölkələrlə Dostluq və Mədəni Əlaqələr Cəmiyyətinin xaricdə yaşayan həmvətənlərlə əlaqələr şöbəsinin referenti , 1986-cı ilin sentyabrından 1988-ci ilin mayınadək Azərbaycan SSR Maarif Nazirliyi Kollegiyasının katibi vəzifəsində işləyib.

1989-cu ilin aprelindən 1990-cı ilin iyulunadək “Azərbaycan Kommunisti” – “Kommunist Azerbaydjana” jurnalında ədəbi işçi kimi çalışıb.

1990-cı ilin iyulundan 1998-ci ilin fevralınadək “Ayna” – “Zerkalo” qəzetləri redaksiyasında baş redaktor müavini, 1999-cu ilin mayından 2001-ci ilin yanvarınadək “Ayna Mətbu Evi” şirkətinin prezidenti vəzifələrində çalışıb. 2001-ci ilin yanvarından indiyədək “Ayna” – “Zerkalo” qəzetlərinin baş redaktorudur.

Elçin Şıxlinski 1989-cu ildən Azərbaycan Yazıçılar İttifaqının üzvüdür. 2006-cı ildən Azərbaycan Jurnalistlər Birliyinin sədridir. Azərbaycanın “Əməkdar jurnalisti” adına layiq görülmüşdür. Evlidir, 2 övladı var.

Elçin Şıxlinski media sferasında böyük nüfuza malik jurnalistlərdəndir. O, daima təmkinli davranışı, prinsipial mövqeyi, hadisələr soyuqqanlı yanaşması ilə fərqlənir.

"Yeni Müsavat" media qrupuna daxil olan yaradıcı kollektivlər çağdaş mediamızın görkəmli nümayəndəsini 60 yaşının tamam olması münasibəti ilə təbrik edir, ona uzun ömür, cansağlığı, yaradıcılıq müvəffəqiyyətləri arzulayır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
804 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...