LAMİYYƏ ƏLƏKBƏRQIZI ATV-NİN VİTSE-PREZİDENTİ TƏYİN EDİLDİ

LAMİYYƏ ƏLƏKBƏRQIZI ATV-NİN VİTSE-PREZİDENTİ TƏYİN EDİLDİ

Azad Azərbaycan telekanalının yeni vitse-prezidentinin kimliyi bəlli olub. Əldə etdiyimiz məlumata görə, telekanalda bu vəzifəni tanınmış teleaparıcı və müxtəlif layihələrin rəhbəri Lamiyyə Ələkbərqızı yerinə yetirəcək. O, ATV-dəki vəzifəsinin icrasına bu gündən başlayır.

Qeyd edək ki, 11 il AzTV, 11 il isə Lider TV-də çalışan Lamiyyə Ələkbərqızı bir müddət öncə İctimai Tv-nin musiqi-əyləncə və xüsusi layihələr departamentinin rəhbəri vəzifəsinə təyin edilmişdi. Məlumat üçün bildirək ki, ötən ay ATV-də rəhbərliyin dəyişilməsindən sonra vitse-prezident vəzifəsini icra edən, telekanalın eks-prezidenti Vüqar Qaradağlının qaynı Rauf Dadaşov da işdən çıxarılmışdı. Xəbəri təsdiq etmək üçün Lamiyyə xanımla əlaqə saxlasaq da o, məlum nömrələrinə cavab vermədi.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
887 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...