Türkiyə qırıcıları Bakı səmasında uçur

Türkiyə qırıcıları Bakı səmasında uçur

Hərbi təyyarələr Bakının işğalçı erməni-bolşevik birləşmələrindən azad olunmasının 100 illiyi ilə əlaqədar bayram tədbirlərinə hazırlıq məqsədilə Bakıda uçuşlar keçirib.

"Ölkə.Az"ın məlumatına görə, uçuşlar, əsasən, paradın keçiriləcəyi "Azadlıq" meydanı və Bakı buxtasının üzərindən olub.

Hərbi təyyarələr paradda nümayiş etdiriləcək mürəkkəb aviaşouları yerinə yetiriblər.

Qeyd edək ki, sentyabrın 15-də Bakının işğalçı erməni-bolşevik birləşmələrindən azad olunmasının 100 illiyi münasibətilə Bakıda parad keçiriləcək.

Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
93 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...