Aya ilk turist kimi yapon milyarder uçacaq

Aya ilk turist kimi yapon milyarder uçacaq

“SpaceX” şirkəti tərəfindən “BFR” nəqliyyat sistemi hazırlanır.

“Ölkə.Az” xəbər verir ki, bu layihə çərçivəsində Aya turistlər göndəriləcək. Artıq ilk sərnişinin adı məlum olub. Aya ilk uçacaq olan turist yapon milyarder Yusaku Maedzavadır. Bu barədə İlon Maskın şirkəti məlumat verib.

Ötən həftə “SpaceX” şirkəti dünyanın ilk kosmik turisti ilə müqavilə imzaladığını bildirdi. İlk kosmik turist raketlə uzunmüddətli səfər üçün Aya uçacaq. Uçuşun vaxtı və Aya neçə günlük səfər ediləcəyi barədə məlumat verilmir. Şirkət bildirib ki, bu addım kosmosda olmağı arzulayanlar üçün yeni kəşfdir.

İlon Mask isə bildirib ki, Aya və geriyə səfər 4-5 gün davam edəcək. Uçuşun dəqiq vaxtı bilinməsə də, turist bildirib ki, bu hadisə 2023-cü ildə baş tutacaq.

Bununla yanaşı, şirkət Yusaku Maedzavanın uçuş üçün ödədiyi məbləğ barədə də məlumat vermir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
940 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...