"Qarabağ" - "APOEL" oyununa 22 min bilet satılıb

"Qarabağ" - "APOEL" oyununa 22 min bilet satılıb

Bu gün Bakıda keçiriləcək UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində "Qarabağ"- "APOEL" qarşılaşmasına 22 min bilet satılıb.

Bu barədə Trend-ə açıqlamasında "Qarabağ" futbol klubunun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov deyib.

Onun sözlərinə görə, həmin biletlərdən 80-i "APOEL" klubunun azarkeşlərinə məxsusdur. Qalan biletlərin hamısı yerli azarkeşlər tərəfindən alınıb. Hazırda oyun üçün biletlərin satışı davam edir.

Xatırladaq ki, bu gün UEFA Çempionlar Liqasında ölkəmizi təmsil edən “Qarabağ” futbol klubu Kiprin "APOEL" klubu ilə cavab görüşü keçirəcək.

Görüş Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq. Oyun Bakı vaxtı ilə saat 20:30-da başlayacaq.

Qeyd edək ki, ötən həftə Nikosiyada keçirilmiş ilk qarşılaşmada “Qarabağ” 2:1 hesabı ilə qalib gəlib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
511 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...