"Azərbaycanda heç bir qurum mediaya nəzarət etmir, media tam müstəqildir" - Əflatun Amaşov

"Azərbaycanda heç bir qurum mediaya nəzarət etmir, media tam müstəqildir" -

"Azərbaycanda media sahəsində uğurlar əldə olunub, 1998-ci ildə senzura ləğv edilib, qanunvericilik bazası təkmilləşdirilib. Daha sonra Mətbuat və İnformasiya Nazirliyi ləğv edildi. Ölkədə daha heç bir qurum mediaya nəzarət etmir, media tam müstəqildir".

"Report"un xəbərinə görə, bunu Bakıda keçirilən Ümumdünya Mətbuat Şuraları Assosiasiyasının illik toplantısında Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov deyib.

Şura sədri qeyd edib ki, Azərbaycanda internet media da fəaliyyətini uğurla davam etdirir: "Azərbaycanda 3 milyona yaxın insan sosial şəbəkədən istifadə edir. Ölkəmizdə etnik qruplar sülh və əminamanlıq şəraitində yaşayırlar. Media da bu istiqamətdə dövlət siyasətini dəstəkləyir".

Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
18 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...