Azərbaycanda şəkərli diabet xəstələrinin sayı açıqlanıb

Azərbaycanda şəkərli diabet xəstələrinin sayı açıqlanıb

"Bu gün Azərbaycanda 265 minə yaxın şəkərli diabet xəstəsi var. Yəqin bu qədər də xəstəlikləri barədə məlumatlı olmayan insan var".
"Report" xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin Respublika Endokrinoloji Mərkəzinin direktor müavini Babək Salek deyib.
O bildirib ki, II tip diabet gözlənilmədən başlayır və xəstələr uzun müddət xəstəliklərindən xəbərsiz olur: "Ona görə də həmin xəstələr qeydiyyata düşmür. Məktəblərdə valideynlərin və müəllimlərin hu sahədə məlumatlı olması üçün iki il əvvəl Təhsil Nazirliyinə ünvanlanan məktubdan sonra qeydiyyata düşənlərin sayında ciddi irəliləyiş əldə olunub. Valideyn çox vaxt övladının diabet xəstəsi olmasını gizlədir. Çünki valideyn ehtiyat edirlər ki, birdən qızını kimsə almaz və ya oğluna kimsə qız verməz. Bu düşüncələrdən azad olmaq lazımdır. Hətta bir qadın xəstəm olub ki, ana olana qədər həyat yoldaşı onun şəkərli diabet xəstəsi olmasından xəbərsiz olub. İnsulinini hamama duş qəbul etmək adı ilə gedəndə vururmuş".
B.Salek xatırladıb ki, bu ilin 9 ayı ərzində ölkədə şəkərli diabet xəstələrinin sayı 265 min nəfərə (keçən il 255 min) çatıb: "Uşaqların sayı respublika üzrə 1800-dən artıqdır. Hökumət tərəfindən bu xəstələrə insulin və dərman vasitələri ilə tam təmin edilir".



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
571 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...