Fəzail Ağamalı tanınmış jurnalisti özünə müşavir təyin etdi - FOTO

Fəzail Ağamalı tanınmış jurnalisti özünə müşavir təyin etdi -

“Ana Vətən” Partiyasına yeni təyinat olub.

Modern.az xəbər verir ki, tanınmış jurnalist Jalə Mütəllimova partiya sədri, deputat Fəzail Ağamalının təklifi ilə müşavir təyin edilib. Jalə Mütəllimova Modern.az-a yeni vəzifəsi haqqında bunları deyib:

“Uzun müddətdir dəvət var idi. Nəhayət qərara gəldim ki, qəbul edim. Bundan sonra AVP-də partiya sədrinin təhlil və proqnozlaşdırma üzrə müşaviri kimi siyasi-ictimai fəaliyyətimə davam edəcəyəm”.

Qeyd edək ki, Jalə Mütəllim qızı Mütəllimova 1976-cı ildə Zərdab şəhərində anadan olub. Zərdab şəhər 1 nömrəli orta məktəbini bitirib. Azərbaycan Dövlət Dillər Universitetinin ölkəşünaslıq, Azrbaycan dili və Ədəbiyyatı fakültəsinin məzunudur. 1993-cü ildən ali təhsilə paralel Azərbaycan Demokratiyanın İnkişafı Fondunun Sosioloji Sorğu Mərkəzində fəaliyyət göstərib. 1993- 1994-cü illərdə “Müxalifət” və “Cümhuriyyət” qəzetlərində çalışıb. 1995-1999-cu illərdə “Azadlıq” qəzetində aparıcı reportyoru olub. “Kaspi” qəzeti və “Azadinform” xəbər agentliyində çalışıb. 2000-2004-cü ilədək “Azadlıq” radiosunun Bakı ofisində efir moderatoru, reportyor kimi fəaliyyət göstərib. 2005-ci ildən APA İnformasiya Agentliyinin əməkdaşı kimi çalışıb. 2006-2012-ci illərdə Azərbaycan Dövlət Televiziyası və Radiosu Qapalı Səhmdar Cəmiyyətində fəaliyyət göstərib. Dövlət Televiziyasının İctimai-siyasi Proqramlar Redaksiyasında redaktor olub. 2013-cü ildə “APA Holdinq”də yenidən fəaliyyətə başlayıb. Holdinq nəzdnindəki APA TV-də teleaparıcı və layihə rəhbəri olub. Holdinqin Lent.az, kulis.az saytında köşə yazarı olub. 2015-ci ildən “Yeni Müsavat” qəzetində köşə yazarıdır. Paralel olaraq Azərbaycan Respublikası Təhsil Nazirliyində, “Təhsil TV”-də və “Azərbaycan müəllimi” qəzetində layihə təhbəri, yazar olaraq fəaliyyətdədir. 2019-cu ildən Azərbaycan Prezidenti İlham Əliyevin siyasi kursunun dəstəkləyən, sosial ədalətsizliklərin göstəricisi olan məsələləri işıqlandırmaq üçün jalebloq.az saytını yaradıb, fərdi bloq fəaliyyəti ilə məşğuldur. Ailəlidir, üç övladı var.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
561 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...