Asmir Beqoviç: "Milan"da rəqabətə hazıram"

Asmir Beqoviç: "Milan"da rəqabətə hazıram"
"Milan"ı seçdim, çünki bu, mənim üçün böyük bir çağırış idi. "Milan" fantastik tarixi, inanılmaz azarkeşləri və önəmli ambisiyaları ilə fərqlənən dünyanın ən yaxşı klublarından biridir".

"Report"un məlumatına görə, bu sözləri "Milan"ın yeni transferi Asmir Beqoviç klubun rəsmi saytına açıqlamasında deyib.

Bosniyalı qolkiper yeni klubunda iş başında olması üçün səbirsizləndiyini bildirib: "İngiltərədə bir neçə il keçirdikdən sonra yeni çempionatda və yeni ölkədə oynamağa hazır idim. Bu fürsəti əldə etdiyim üçün çox həyəcanlıyam və işə başlamağım üçün gözləyə bilmirəm".

Yeni klubundakı rəqabətə də hazır olduğunu açıqlayan 33 yaşlı əlcək ustası bunları əlavə edib: "Canluici Donnarumma dünyanın ən yaxşı qapıçılarından biridir. Mən ona kömək etməyə, həmçinin rəqabət aparmağa hazıram. Mənim üçün burada olmaq böyük şərəfdir. Donnarumma artıq çox güclüdür, onun mənim məsləhətlərimə ehtiyacı yoxdur. Ancaq mən ona kömək etməyə çalışacam".

Qeyd edək ki, Asmir Beqoviç "Qarabağ"da mövsümün ilk yarısında forma geyinib. Onun "Bornmut"la müqaviləsi 2021-ci ilin iyununadəkdir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
502 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...