“Nar” 4,5G baza stansiyalarının sayını 60% artırıb

“Nar” 4,5G baza stansiyalarının sayını 60% artırıb


Əhalini yüksəkkeyfiyyətli və sürətli şəbəkə ilə təmin etməyi hədəfləyən “Nar”, 2019-cu ildə şəbəkə tutumunun genişləndirilməsi istiqamətində görülən işlərlə bağlı hesabatını açıqlayıb. Belə ki, mobil operator ötən il ərzində 1055-dən artıq 4G/4,5Gtexnologiyalı baza stansiyası quraşdırıb. Bununla da “Nar” 4G/4,5Gtexnologiyalı baza stansiyalarının sayını 60%-dən çox artıraraq, 2779-a çatdırıb. Mobil operator ötən il ərzində 230-dan çox 3G texnologiyalı baza stansiyası quraşdırıb və hazırda 3G texnologiyalı baza stansiyalarının sayı 2854 olub.

“Nar” 2019-cu il ərzində 4G/4,5G baza stansiyalarının coğrafi əhatə dairəsini245%, ölkə əhalisi üzrə əhatə dairəsini isə 80% artırmağa nail olub. Hazırda “Nar” 8700-dən artıq baza stansiyası ilə 2,3 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.

Qeyd edək ki, “Nar” Bakı və Abşeron yarımadası ilə yanaşı, Azərbaycanın regionlarını da keyfiyyətli şəbəkə ilə təmin etməyə xüsusi diqqət göstərir. Mobil operator LTE-A texnologiyalı baza stansiyalarını ölkənin 54 regionunda quraşdırmağa nail olub. Hazırda ucqar kəndlərdə belə abunəçilər “Nar”ın yüksəkkeyfiyyətli 4G şəbəkəsindən yararlana bilirlər. Mobil operatorun 4G/4,5G istifadəçilərinin 67%-i Bakının, 33%-i isə regionların payına düşür.




Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
674 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...