Gənc bloqerin ölümlə hədələnməsinə səbəb olan VİDEO

Gənc bloqerin ölümlə hədələnməsinə səbəb olan

Katolik rahibə geyimində rəqs edən rusiyalı bloqer Yana Leonova sosial şəbəkə istifadəçilərinin qəzəbinə tuş gəlib.

“Bloknot”un məlumatına görə, qız videoroliki özünün “TikTok” hesabında paylaşıb.

Kadrlarda görünür ki, Y.Leonova dərin dekolteli və yarığı olan ağ-qara geyimdə rəqs edir.


Bundan sonra gənc bloqerin ünvanına təhqirlər və hədələr gəlməyə başlayıb.

Y.Leonova “Instagram” hesabında əməlinə bəraət verməyə çalışıb: “Tövratda deyilib: “Qınama, qınanmayacaqsan”. Əgər siz həqiqətən də buna inanırsınızsa, mənə pis sözlər yazmaqdan əl çəkin. Mən dini təhqir etmirəm”.


Bununla belə, qızın ünvanına hədələr gəlməyə davam edib. Bundan sonra Yana hüquq mühafizə orqanlarına müraciət edib.




Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
610 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...