“Mançester Siti” yenə “Arsenal”ı 3:0 məğlub etdi - VİDEO

“Mançester Siti” yenə “Arsenal”ı 3:0 məğlub etdi -

İngiltərə Premyer Liqası XXVIII turdan təxirə salınmış iki oyunla bərpa olunub.

Oxu.Az xəbər verir ki, komandalar meydana ABŞ-da polis zorakılığı nəticəsində öldürülən Corc Floyda görə “Black Lives Matter” (“qaradərililərin həyatı önəmlidir”) sözü ilə çıxıb.

Butün futbolçuların formalarının arxasında adları yox, məhz bu söz yazılıb.

Premyer Liqanın bərpası azarkeşsiz olub. Birminhem şəhərində “Aston Vila” “Şefild Yuneyted”in müqavimətini qıra bilməyib – 0:0.

“Mançester Siti” isə Londonda olduğu kimi öz meydanında da “Arsenal”ı eyni hesabla məğlub edib – 3:0. İlk iki qolu birinci oyunda da fərqlənmiş oyunçular vurub. İlk hissəyə əlavə olunmuş ikinci dəqiqədə Rahim Sterlinq hesabı açıb.

Belçikalı Kevin de Bröyne 51-ci dəqiqədən penaltidən qol vurub. Fil Foden isə oyuna əlavə olunmuş ikinci dəqiqədə hesabı 3:0 edib.


Böyükhesablı məğlubiyyətdə “Arsenal”dan İsveçrə millisinin kosovoəsilli futbolçusu Qranit Cakanın 7-ci və ispaniyalı Pablo Marinin 24-cü dəqiqədə zədələnərək, meydanı tərk etməsi, eləcə də, braziliyalı David Luizin 49-cu dəqiqədə qırmızı vərəqə alması da rol oynayıb.

Bu qələbə ilə ikinci sırada olan Pep Qvardiolanın yetirmələri xalını 60-a yüksəldib.




Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
579 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...