2 saatlıq icazə ilə Bulvarda istirahət etmək mümkündür? – RƏSMİ AÇIQLAMA

2 saatlıq icazə ilə Bulvarda istirahət etmək mümkündür? –

Azərbaycanda 21 iyun – 5 iyul tarixlərini əhatə edən sərtləşdirilmiş karantin rejimi çərçivəsində parklardan istifadəyə icazə verilib.

Gundeminfo.az xəbər verir ki, Dənizkənarı Bulvar İdarəsinin mətbuat katibi Günay Yermarqızı Qazet.az-a açıqlamasında 2 saatlıq icazədən istifadə edərək buılvarda istirahət etməyin mümkün olduğunu bildirib.

“Bulvarda 2 saatlıq icazədən istifadə edərək gəzmək, istirahət etmək mümkündür. Ərazidə bu prosesləri tənzimləyəcək polislər var. DİN və Bulvarın mühafizə xidməti proseslərə nəzarət edir. Nazirlər Kabinetinin qərarına əsasən, idman zalları və bulvarda yerləşən idman qurğuları isə işləmir. Sonuncu dəfə bulvara giriş məhdudiyyəti aradan qaldırıldıqdan sonra velopark və idman qurğuları açılmayıb. Şəxsi velosipeddən istifadə etməyə və gəzməyə icazə var”.

Qeyd edək ki, 21 iyun saat 00:00-dan 5 iyul saat 06:00-dək yeni növ koronavirus (COVID-19) infeksiyasının yayılma sürətinin azaldılması, habelə onun törədə biləcəyi fəsadların minimuma endirilməsi məqsədilə Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi təmin edilib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
566 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...