Daha bir jurnalist virusa yoluxdu

  Daha bir jurnalist virusa yoluxdu
Bakupost.az saytının əməkdaşı koronavirusa yoluxub.

Bunu Axar.az-a açıqlamasında saytın baş redaktoru Elçin Zahiroğlu deyib. O bildirib ki, sözügedən əməkdaş tez-tez xəstəxanalarda olurdu və ictimai nəqliyyatdan istifadə edirdi:

"Bir aya yaxın idi ki, narahat idi. Bir neçə dəfə test vermişdi və nəticə neqativ çıxmışdı. Lakin sonuncu test zamanı virusa yoluxduğu aşkarlanıb".

E.Zahiroğlu onu da qeyd edib ki, saytın əməkdaşları pandemiya ilə əlaqədar iki aya yaxındır evdən işlədiyi üçün həmin əməkdaşın digər işçiləri yoluxdurma ehtimalı azdır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
662 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...