Attraksion xarab oldu, insanlar başıaşağı, havada asılı vəziyyətdə qaldılar - VİDEO

Attraksion xarab oldu, insanlar başıaşağı, havada asılı vəziyyətdə qaldılar -

Karusel öz sərnişinlərini yuxarı qaldırıb, lakin çevrilərkən nasazlıq yaranıb. Nəticədə, insanlar havada başıaşağı vəziyyətdə qalıb.

“Mash” “Telegram” kanalı Kabardin-Balkar Respublikasının paytaxtı Nalçik şəhərində baş verən hadisənin görüntülərini paylaşıb.

Məlumata görə, sərnişinlər səkkiz dəqiqə belə vəziyyətdə qaldıqdan sonra onları endirmək mümkün olub.

Xoşbəxtlikdən, hadisə qurbansız ötüşüb. İnsanlar təhlükəsizlik kəmərlərini bağlayıblar və müstəqil şəkildə azad olmağa cəhd etməyiblər.




Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
504 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...