BDU-da sənədi imzalamaq üçün öpüş, imtahandan keçmək üçün “əllən” – Fidan Ağayarova

BDU-da sənədi imzalamaq üçün öpüş, imtahandan keçmək üçün “əllən” –
“Bu yazını yazmadan əvvəl xeyli götür qoy etdim. Söhbət Bakı Dövlət Universitetinin keçmiş dekanı Akif Quliyevdən gedir. Bu insan haqda ölümü ilə əlaqədar çoxlu postlar paylaşan çox hörmət etdiyim insanların əks fikirlərindən çəkinərək ilk yazmaq istəmədim, daha sonra yenə fikirimi dəyişdim”.

Sfera.az xəbər verir ki, bu sözləri sosial şəbəkə hesabında Fidan Ağayarova yazıb:

“Universitetin ilk illərində Akif müəllim hamının sözlərindən bizim üçün mükəmməl insan və əvəzedilməz professor idi. Tələbələrə həmişə kömək edən və onların yanında olan. Bu mənim üçün də belə idi, sözsüz. Taaa ki, Akif müəllim ilə üz-üzə tək görüşməyə məcbur qaldığıma qədər”.

Fidan Ağayarova daha sonra başına gələnləri belə təsvir edir:

“2016 ildə, bakalavr təhsilinin 6 ayını xaricdə başa vurduqdan sonra dekanlığa və dekanın yanına tez-tez gəlməli olurdum sənədlərlə bağlı. Bu görüşlərin birində dekandan fərqli davranışlar görməyə başladım. İlk öncə buna önəm verməməyə çalışdım, daha sonra bu davranışlar yavaş-yavaş toxunuşlara keçib, sənədə imza atmaq üçün “yanağımdan öp”-ə keçdi.

Həmin gün çox diksinmiş, göyərmiş vəziyyətdən otaqdan çıxdım və dekanlıqda işləyən bir xanıma olanları danışdım. O mənə dedi ki bu təbii “ilk hal deyil, səndən əvvəldə belə hallar olub, çalış onun otağına gedəndə mənə xəbər et, sənlə gəlim”. Ondan sonra otağına tək girməyimi tələb etdiyi olmuşdu.

“Gözüm açılandan” sonra, bu hadisəni yaxınlarıma deyəndə əslində universitetdə nə hekayələr, şayiələr varmış deyə ayıldım. 50 shades of BSU.

Əsas məsələ bu deyil, sənədi imzalamaqçün öpüş istəmək, imtahandan keçmədən əvvəl ” əllənmək” və s. bunlar nə üçünsə ümumi qəbul olunmuş norma idi bir çox adam üçün. Kişidi+ qocadı, ona olar. Qadından belə girişkənlik görülsə bütün Elmlər akademiyasına kimi qadın qəhrəman elan olunardı.

Nə isə, neçə illərdi bu xatirələr universitet illərimin ən iyrənc yaddaşına dönüb onsuz.

Axırda isə, ölünün arxasıyca danışılmaz, onun haqda xatırələr bölüşülər ancaq.

Allah rəhmət etsin”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
614 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...