22 iyulun bayram edilməsi Ayaz Mütəllibovun sərəncamı ilə rəsmiləşib

22 iyulun bayram edilməsi Ayaz Mütəllibovun sərəncamı ilə rəsmiləşib

"1991-ci ilin iyul ayı ərəfəsində Milli Mətbuat Gününün yaradılması ideyasını irəli sürdük. Halbuki, Azərbaycan hələ müstəqil deyildi. Ancaq biz müstəqilliyə gedən yolda milli mətbuatın mövcudluğu barədə düşündük. Hesab edirəm ki, həmin vaxt ən doğru qərarı verdik".

Bu fikirləri Modern.az-a Milli Məclisin deputatı, 22 iyul Mətbuat Gününün xüsusi gün kimi qeyd edilməsində müstəsna xidmətləri olmuş Sabir Hacıyev deyib.

Deputat bildirib ki, o zamankı hakimiyyət ideyanı müsbət qarşılayıb:

"Prezident Ayaz Mütəllibov idi. Bu barədə onunla fikirlərimizi bölüşdük. Çox müsbət qarşıladı. Dərhal sərəncam imzaladı. 1991-ci ildə ilk dəfə 22 iyulda Milli Mətbuat Günü qeyd olundu. SSRİ vaxtı 5 may Mətbuat günü sayılırdı. Biz onu iyulun 22-nə keçirdik. “Müstəqillik haqqında” Aktı qəbul etməzdən öncə bəzi müstəqil atributlara dair qanunvericilikdə dəyişikliklər etmişdik. “Milli bayraq haqqında” qanunun təsviri qəbul olunmuşdu. Azərbaycanda bu proseslər gedirdi. Müstəqilliyə doğru atılan addımlar, postsovet məkanına daxil olan ölkələrdə dəyişikliklər həyata keçirilirdi. Həmin vaxt jurnalistlər də bizə dəstək verdilər və Milli Mətbuat Gününün 22 iyulda keçirilməsi təklifini alqışladılar. O zamanlar yüksək vəzifədə çalışırdım və bu, mənim vəzifə borcum idi".



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
502 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...