ÜST koronavirusa qarşı peyvəndin hazır olacağı vaxtı açıqladı

ÜST koronavirusa qarşı peyvəndin hazır olacağı vaxtı açıqladı

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) fövqəladə hallar proqramının icraçı direktoru Maykl Rayan koronavirusa qarşı peyvəndin tam hazır olacağı vaxtı açıqlayıb.

Lenta.ru-nun məlumatına görə, bu barədə o, təşkilatın “Twitter” hesabında yayımlanan çıxışı zamanı bəyan edib.

M.Rayanın sözlərinə görə, 2021-ci ilin birinci yarısına qədər bu, mümkün olmayacaq. O, peyvəndin hazırlanmasında irəliləyişləri qeyd edib, lakin dərmanların hazır olacağı vaxtla bağlı realist olmağa çağırıb.

Mütəxəssis, eyni zamanda, hamının peyvəndi əldə edə bilməsi üçün çalışdığını vurğulayıb.

“Pandemiyadan müdafiə üçün hazırlanan bu peyvəndlər nə varlılar, nə də kasıblar üçündür, onlar hamı üçündür”, - deyə ÜST rəhbəri sözlərini yekunlaşdırıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
492 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...