“WhatsApp” yeni funksiya tətbiq edir

“WhatsApp” yeni funksiya tətbiq edir
“WhatsApp” messencerində nəhayət, eyni hesaba fərqli cihazlardan giriş etmək mümkün olacaq.

“Report” xəbər verir ki, bu barədə “WABetaInfo” portalı məlumat yayıb.

Məlumata görə, bu funksiya hələ hazırlıq mərhələsindədir. O, istifadəçilər üçün əlçatan olan zaman tətbiqdə xüsusi “Linked Devices” (“Bağlı cihazlar”) bölməsi görünəcək.

Orada dördə qədər yeni cihaz əlavə etmək mümkün olacaq, üstəlik, məlum bölmədə eyni hesaba bağlı bütün cihazlar göstəriləcək.

Amma çoxdan gözlənilən yeniləmənin nə vaxt istifadəçilərə təqdim olunacağı hələlik dəqiq bilinmir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
504 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...