Futbolçuları ildırım vurdu - 2 ölü, 3 yaralı

Futbolçuları ildırım vurdu -

Meksikanın qadın futbol liqasının paytaxt Mexikonun Tauak bələdiyyəsində keçirilən matçı faciə ilə başa çatıb.

Yenisabah.az xəbər verir ki, ildırım vurması nəticəsində iki futbolçu ölüb, daha üçü yaralanıb.

Qol.az yazır ki, oyun güclü yağış səbəbindən yarımçıq dayandırılıb. Beş futbolçu qız stadionda unudulan topu götürmək üçün geri qayıdıb. Bu zaman onları ildırım vurub. Xəsarət alanlar xəstəxanaya çatdırılsalar da, onlardan ikisinin həyatını xilas etmək mümkün olmayıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
543 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...