Türkiyədə sosial şəbəkələr nəzarət altına alınır

Türkiyədə sosial şəbəkələr nəzarət altına alınır
Türkiyə parlamenti sosial şəbəkələrin tənzimlənməsi haqqında qanun qəbul edib.

Bu barədə Unikal.org səsvermənin nəticələrinə istinadən xəbər verir.

Hakim Ədalət və İnkişaf partiyasının parlament fraksiyasının rəhbəri Özləm Zenginin sözlərinə əsasən, 1 milyondan artıq abunəçisi olan istifadəçilərin Türkiyədə bu ölkənin vətəndaşı olan nümayəndəsi olmalıdır.

Bundan savayı, hakimiyyətin təhqiredici və ya böhtan hesab etdiyi paylaşımlar 48 saat ərzində silinməlidir. Əks təqdirdə istifadəçini cərimə, yaxud trafikin azaldılması gözləyir.

Qanunlayihəsinə əsasən, şirkətlər Türkiyədə yaşayan və bu ölkənin vətəndaşı olan bütün müştərilərinin məlumatlarını saxlamalıdırlar.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
502 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...