Aprel şəhidi haqqında sənədli film çəkilir

Aprel şəhidi haqqında sənədli film çəkilir


2016-cı il aprel döyüşlərində qəhrəmancasına şəhid olan Babək Abidovun həyat və döyüş yolundan bəhs edən sənədli film çəkilir.

Sənədli filmin çəkilişləri şəhidin doğulub boya-başa çatdığı Şabran rayonunun Zeyvə kəndidə həyata keçirilir. Filmdə şəhidin ailə üzvləri, dostları, döyüş yoldaşları onunla bağlı xatirələrini bölüşüb.

“Aprel Qəhrəmanı” adlı 30 dəqiqəlik ekran işinin “ARB Media Qrup”a daxil olan “ARB Günəş” də yayımlanması nəzərdə tutulub.

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəsi Şurasının maliyyə dəstəyi ilə “Regional Medianın İnkişafına Yardım” İctimai Birliyinin “Aprel döyüşlərində şəhid olan Babək Abidovun xatirəsinə dair tədbirlərin təşkili” layihəsi çərçivəsində ərsəyə gələcək filmin sentyabr ayının sonunda tamaşaçılara təqdim olunması nəzərdə tutulub.

Filmin rejissoru Dəyanət Rzayev, prodüseri Vəli Turan, ssenari müəllifi Coşqun Beydullayev, quruluşçu operatorları Rizvan Hacıyev və Mais Allahverdiyevdir.

Ermənistan silahlı qüvvələrinin təxribatları nəticəsində cəbhə bölgəsində gedən döyüşlərdə şəhid olan Azərbaycan Silahlı Qüvvələrinin giziri Babək Abidov ölümündən sonra “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalına layiq görülüb.

Aprel şəhidi haqqında sənədli film çəkilir
Aprel şəhidi haqqında sənədli film çəkilir
Aprel şəhidi haqqında sənədli film çəkilir



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
606 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...